Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 18-ci iclası keçirilib

16:30 - 17.09.2018


17 sentyabr, Fineko/abc.az. Qırğız Respublikasının Çolpon-Ata şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 18-ci iclası keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leyteantı Əsgər Abdullayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

İclas zamanı gömrük xidmətlərinin rəhbərləri gömrük sahəsində cinayət və hüquqpozmaların aşkar olunması və qarşısının alınması üzrə təcrübə, eləcə də MDB məkanında iqtisadi təhlükəsizliyin təmin olunması ilə bağlı birgə tədbirləri müzakirə ediblər.

Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının beynəlxalq poçt və ekspress-kuryer göndərişləri vasitəsilə qanunsuz dövriyyəsi ilə mübarizə, eləcə də MDB üzv dövlətlərin gömrük xidmətlərinin hüquq-mühafizə fəaliyyətinin informasiya-analitika təminatının təkmilləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

 

Other news