Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edəcək

17:45 - 18.09.2018


18 sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovun sentyabrın 21-də Qazax rayonunda nəzərdə tutulan Ağstafa, Qazax və Tovuz rayonlarından olan vətəndaşların qəbulu həmin tarixdə qeyd edilən bölgədə – Ağstafa rayonunda keçiriləcək.Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ağstafa rayonunun Heydər Əliyev Mərkəzində (ünvan: Ağstafa şəhəri, Hüseyn Arif küçəsi 2) keçiriləcək qəbulda həmin rayonların vətəndaşlarının ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Şəmkir regional ədliyyə idarəsi (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 2; əlaqə telefonu: (02230) 5-48-81, (050) 396-91-20), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Ağstafa rayonunun Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Other news