Dövlət Gömrük Komitəsinin 3 500 əməkdaşı attestasiyadan keçiriləcək

14:43 - 20.09.2018


20 sentyabr, Fineko/abc.az. Bu barədə Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev VII "Beynəlxalq Caspian Energy Forum Baku–2018”də bildirib.

"Attestasiya imtahanından keçməyənlər gömrük sıstemindən xaric ediləcəklər. Çalışırıq ki, əməkdaşlarımız 1 ildən artıq eyni yerdə işləməsinlər. Hazırda 3500-ə yaxın əməkdaşımız var. Onların hamısı rotasiya qaydasında çalışır", - deyə İqbal Babayev qeyd edib.

İ.Babayev hazırda ölkədə 50 gömrük postunun fəaliyyət göstərdiyini deyib. Bildirib ki, bu gömrük postlarından 31-i sərhəd, 19-u isə yerlərdə yaradılmış gömrük postlarıdır. Eyni zamanda, 5 gömrük idarəsi yaradılıb.

Other news