İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb

09:00 - 22.09.2018


22 sentyabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - sentyabrın 22-23-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 23-28°, dağlıq rayonlarda 14-18° isti olacaq.

Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 24-29°, dağlıq rayonlarda 15-20° isti olacağı ehtimal edilir.

Aran rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, sentyabrın 23-də gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi üstünlük təşkil edəcək, arabir güclənəcək. Havanın maksimal temperaturunun 25-30° isti olacağı proqnozlaşdırılır.

Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, sentyabrın 23-də gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 25-30° isti olacağı bildirilir.

Paytaxt Bakıda sentyabrın 22-si gündüz, 23-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 24-28° isti olacağı ehtimalı var.

Other news