İş axtaran gənclər üçün Əmək yarmarkası keçirilib

09:18 - 22.09.2018


22 sentyabr, Fineko/abc.az. Sentyabrın 21-də Salyan rayon  Gənclər  və  İdman  İdarəsi  və  Salyan  rayon  Məşğulluq  Mərkəzinin  birgə  təşkilatçılığı  ilə Salyan  Peşə   Liseyində  işsiz və iş axtaran gənclər  üçün  əmək yarmarkası  təşkil olunmuşdur.  Əmək  yarmarkasında  iştirak  edən  26  idarə,  müəssisə  və  təşkilat  tərəfindən   226 vakant  iş  yeri  təqdim olunmuşdur.  Yarmarka  iştirakçıları idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış iş yerləri ilə tanış olmuş, 38  nəfər işaxtaran və işsiz vətəndaşa öz seçimləri üzrə, peşə bacarıqları və əmək vərdişlərinə uyğun vakant iş yerlərinə  göndərişlər verilib.  

 

Other news