İSİM-də “21 sentyabr - Beynəlxalq Sülh Günü”nə həsr edilmiş tədbir keçirilib

11:00 - 22.09.2018


22 sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) KİV nümayəndələri və tibbi personalın iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan İSİM-in direktoru Qəhrəman Haqverdiyev, hər il dünyada, o cümlədən Azərbaycanda qeyd olunan sülh gününün məqsəd və vəzifələri haqqında məlumat verib.

Bu tarixin, torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə çatdırılıb.

Görüşdə “Həkim deontologiyası və etik davranışlar” mövzusunda həkimlərin gündəlik əmək fəaliyyətlərində riayət etmələri vacib olan davranışları tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həkimlərin tibbi etik davranışlara riayət etməsi xəstəliklərlə mübarizədə, eyni zamanda cəmiyyətdə sağlam atmosferin yaranmasında əhəmiyyətli rol oynamasından danışılıb.

Tədbirin yekununda mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb, Maraqlı təkliflər dinlənilib və iştirakçılara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanılıb.

Other news