Aviasiya nəqliyyatının əsas oyunçuları İstanbulda biznes turizminin gələcəyini müzakirə etdilər

11:17 - 25.09.2018


25 sentyabr, Fineko/abc.az. “Türk Hava Yolları” Qlobal Biznes Səyahət Assossiasiyası (GBTA) ilə birlikdə İstanbulda “Türk Hava Yolları” Korporativ Klub Konfransını təşkil etdilər.

Şirkətin məlumatında deyilir ki, bu konfrans əsas iştirakçıların biznes turizminin gələcəyini müzakirə etdiyi illik beynəlxalq tədbirdir.

“Bu il “Türk Hava Yolları”nın qlobal marşrut şəbəkəsinə daxil olan 71 ölkədən 900-dən çox iştirakçı çalışır. Konfransın 2018-ci ildə mövzusu “Gələcək üçün təməl”dir. Konfransın builki mövzusu 3 səviyyəni əhatə edir: Türkiyə ölkə kimi, “Türk Hava Yolları” uçuş sənayesində qlobal aviadaşıyıcı kiminı aviadaşıyıcı və turizm sənayesi”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki,  Türkiyə son illərdə iqtisadiyyat və infrastrukturunda böyük bir keçid yaşadı və bu ilin oktyabrın 29-da açılacaq, yeni İstanbul Hava Limanı 2023-cü ildə dünyanın ən böyük hava limanına çevriləcək. Yeni Hava Limanının çox gözlənilən açılışı İstanbulu “dünyanın mərkəzi” olaraq təqdim edəcək və il ərzində 200 milyon sərnişin qəbul etməsi planlaşdırılır. “Türk Hava Yolları”nın genişlənməsi dünya standartlarının tələblərinin artması nəticəsində beynəlxalq aviadaşıyıcının 2023-cü ilə 120 milyon sərnişin və 500 təyyarədən ibarət donanma hədəfinə yiyələnməyə kömək edəcək.

 “Şirkətimizin son dövrdəki iqtisadi inkişafına istinad edərək, 2018-ci ilin oktyabr ayında istifadəyə veriləcək yeni İstanbul Hava Limanının açılışı ilə əlaqədar “Türk Hava Yolları” üçün əhəmiyyətli ildir. “Türk Hava Yolları”nın yeni evinə çevrilməsi daha yaxşı şanslara və artan şəbəkəyə imkan yaradaraq korporativ və biznes sərnişinlərinə səmərəli və innovativ bir xidmət təklif edərək onlara xoş səyahət təcrübəsi yaşadacaq”, - deyə “Türk Hava Yolları”nın İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri Mehmet İlker Aycı bildirib.

 

Other news