“AZAL” və Dövlətlərarası Şura uçuşların təhlükəsizliyinin daha da yaxşılaşdırılması məsələlərini müzakirə etdilər

14:35 - 1.10.2018


1 oktyabr, Fineko/abc.az.   Mülki Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın prezidenti Tatyana Anodina işgüzar səfərə Bakıya gəlib.
“Azərbaycan Hava Yolları” QSC (AZAL) bildirib ki, səfər zamanı Baş Nazir və Azərbaycan Respublikası hökümətinin nazirləri ilə görüşlər keçirilmiş,  2015-2018-ci illərdə Azərbaycanda və onun hüdudlarından kənarda Dövlətlərarası Şuranın təşkil etdiyi iri beynəlxalq tədbirlər müzakirə edilmişdir.

“Tatyana Anodina Azərbaycanın mülki aviasiya obyektlərini  ziyarət etmiş və “AZAL”ın  prezidenti Cahangir Əsgərovla görüşmüşdür. Uçuşların təhlükəsizliyinin bundan sonra da artırılması, aviasiya texnikası, hava limanları və təmir müəssisələrinin sertifikatlaşdırılması məsələləri nəzərdən keçirilmişdir”, - məlumatda belə deyilir.

Other news