Bakıda marşrut avtobusu yük qatarı ilə toqquşub, bir nəfər həlak olub - YENİLƏNDİ

17:00 - 1.10.2018


1 oktyabr, Fineko/abc.az. Bu gün Bakının Xəzər rayonunun Binə qəsəbəsində 160 nömrəli marşrut  avtobusu yük qatarı ilə toqquşub.

Şahidlərin bildirdiyinə görə, qəza zamanı qatar relsdən çıxıb və nəticədə avtobusun sərnişinləri zərər çəkib.

Səhiyyə Nazirliyi bildirib ki, qəzada yaralanan 8 nəfər  3 saylı şəhər Klinik Xəstəxanasına çatdırıldı, lakin onlardan biri  həyatını itirdi. Həlak olan 13 yaşlı uşaqdır. Yaralananların sayı 34-ə çatdı. Onların vəziyyəti ağırdır.

 

Other news