“PAŞA Sığorta” sürücülər üçün payız kampaniyasına başlayır

10:30 - 3.10.2018


3 oktyabr, Fineko/abc.az. Azərbaycanın sığorta şirkəti PAŞA Sığorta şirkəti könüllü avtomobil sığortası (KASKO) üzrə “Avtomobiliniz üçün Payız Fürsəti” adlı hədiyyə kampaniyasının başlamasını elan edir.

Şirkətin məlumatında deyilir ki, oktyabrın 31-dək PAŞA Sığortadan KASKO könüllü avtomobil sığortası əldə edəcək müştərilər şirkətin təqdim etdiyi unikal payız fürsətindən faydalanaraq hədiyyə yanacaq kartı qazanacaqlar.

“Kampaniyanın şərtlərinə əsasən, 450 AZN və daha yüksək məbləğdə KASKO sığortası əldə edən hər bir fərdi müştəri PAŞA Sığortadan 100 AZN nominallı hədiyyə yanacaq kartına sahib olacaq.  Sığorta haqqı 2500 AZN-dən yüksək olan müştərilərə isə seçimlərinə uyğun olaraq 200 AZN dəyərində yanacaq kartı və ya 100 AZN balansa malik yanacaq kartı və avtomobil üçün “bluetooth” qarnitur hədiyyə ediləcək”, - məlumatda belə deyilir.

 PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və  digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 

Other news