Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun idarə edilməsində beynəlxalq standartlar tətbiq ediləcək

11:24 - 4.10.2018


4 oktyabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında sərəncam imzalayıb.

Dövlət başçısının sərəncamına əsasən, Dövlət Turizm Agentliyinə  qoruğunun ərazisində yaranmış vəziyyətin araşdırılmasının nəticələri haqqında ətraflı arayış hazırlayıb təqdim etmək, qoruğun uzunmüddətli qorunması, konservasiyası, bərpası ilə bağlı konsepsiyanın və fəaliyyət proqramının layihələrini, həmçinin,  qoruğunun idarə edilməsinin beynəlxalq standartlarına uyğun olması ilə bağlı təkliflərini hazırlamaq tapşırılıb.

 

Other news