Azərbaycan Misirə mövsümi çarter reysləri açır

13:20 - 4.10.2018


4 oktyabr, Fineko/abc.az.  Dövlət Turizm Agentliyi ölkəyə turist axınının artmasını təmin etmək üçün tədbirlər görür.

Agentlikdən xəbər verildi ki, noyabr ayından Bakı- Şarm əl-Şeyxə birbaşa çarter reyslər açılacaq.

“Bu, Azərbaycan tərəfindən mütəmadi həyata keçirilən ikinci belə reys olacaq. İlk belə reys Monteneqroya təşkil edilib.

Uçuşlar həftədə bir dəfə cümə axşamı günü olmaqla 8 noyabr - 4 aprel tarixlərində "Paşa Holidays" şirkəti və Azərbaycan Hava Yolları (AZAL) tərəfindən həyata keçiriləcək”, - məlumatda belə deyilir.

Şarm əl-Şeyxin Beynəlxalq Hava Limanı turistlərə yerində viza almaq imkanı verir.

 

Other news