Azərbaycanda işçilərin vergi yükü azaldılacaq

12:47 - 10.10.2018


10 oktyabr, Fineko/abc.az. Azərbaycan Vergilər Nazirliyi sahibkarların vəziyyətini yaxşılaşdırmaq üçün vergi qanunvericiliyini təkmilləşdirəcək.

Azərbaycan vergilər naziri Mikayıl Cabbarov bildirib ki, nazirlik vergitutma bazasını genişləndirmək və vergi ödəmələrindən yayınmaları azaltmaq üçün vergi qanunvericiliyinə düzəlişlər üçün təkliflər paketi hazırlamışdır.

“Sahibkarlığın inkişafının dəstəklənməsi və biznesin aparılmasının əlverişliliyinin artırılması məqsədilə sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi, pərakəndə ticarət və iaşədə nağdsız ödənişlər üzrə müddətli vergi güzəştlərinin verilməsi, gəlir və xərcin uçotunu aparan kiçik sahibkarların dividend gəlirlərinin vergidən azad olunması, vergiödəyiciləri tərəfindən çəkilən qeyri-kommersiya xərclərinin, o cümlədən səhiyyə, təhsil, mədəniyyət və idman sahələrinə ayrılmış ianələrin müəyyən hissəsinin gəlirdən çıxılması kimi təkliflər edilib”, - nazir belə deyib.

Onun sözlərinə əsasən, əməkhaqqının üzərinə düşən fiskal yükünün azaldılması islahatı məsələsi də nəzərdə tutulub ki, bu da çox hallarda əməkhaqqı üzrə sosial sığorta və vergi yükünün yüksək olması sahibkarları qeyri-rəsmi əməkhaqqı ödənilməsi praktikasına sövq edir.

 

Other news