“Nar”-la bağlı suallara cavab ver və 250 danışıq dəqiqəsi qazan

14:37 - 10.10.2018


10 oktyabr, Fineko/abc.az.Hər zaman yenilikləri  və maraqlı layihələri ilə seçilən “Nar” abunəçiləri və sosial şəbəkə iştifadəçiləri üçün növbəti maraqlı müsabiqə elan edir. İnternet üzərindən keçirilən “Nar”-ı nə qədər yaxşı tanıyırsan?” müsabiqəsində iştirak edənlər mobil operator haqqında verilən sualları cavablandırmaqla pulsuz danışıq dəqiqələri qazanaqcaqlar. Müsabiqə oktyabrın 10-u saat 12:30-da başlayır və 12oktyabr saat 23:59-da yekunlaşacaq. 

Bütün suallara düzgün cavan verən şəxslər 250 şəbəkədaxili, yarışda iştirak edib nömrəsini qeyd edən istifadəçilər isə 50 şəbəkədaxili dəqiqə qazanacaqlar. “Nar”-ın sosial şəbəkə hesablarında keçirilən müsabiqədə suallar mobil operatorun məhsulları, kampaniyaları, xidmətləri, korporativ sosail layihələri (KSM) və sponsorluq faəliyyəti haqqındadır.

Nəticələr 15oktyabrda elan olunacaq və iştirakçılara elə həmin gün SMS göndəriləcək. Müsabiqədə bu keçid vasitəsilə iştirak etmək olar: https://www.nar.az/nar-questions.html

“Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

Other news