“Azərbaycan Dəmir Yolları”nın yeni xidmət xidmət məntəqəsi açıldı

15:26 - 11.10.2018


11 oktyabr, Fineko/abc.az. Azərbaycan Dəmir Yolları işçilərinin 13 oktyabr tarixində qeyd edilən peşə bayramı ərəfəsində Yalama dəmir yolu stansiyasında yeni Texniki xidmət məntəqəsi (TXM) açıldı.

“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, Texniki xidmət məntəqəsinin binası Yük Daşımaları  Departamentinin Şimal vaqon depouna məxsusdur və müasir üslubda tikilib.

“Texniki xidmət məntəqəsinin fəaliyyəti Azərbaycana gələn və ölkədən yola salınan qatarların texniki baxışından ibarətdir”, - məlumatda belə deyilir.

 

Other news