BVF: Yüksək neft qiymətləri və ticarət müharibələri dünya iqtisadiyyatının inkişafını ləngidir

16:15 - 11.10.2018


11 oktyabr, Fineko/abc.az. Dünya iqtisadiyyatının inkişafı müntəzəm deyil, onun dinamikası isə ticarət gərginliyi və yüksək neft qiymətləri şəraitində ləngiyir. Bu, BVF-in rəhbəri Kristin Laqardın məruzəsində bildirilir.

“Dünya iqtisadiyyatının inkişafı yüksək olaraq qalır, lakin artıq müntəzəm deyil. Dinamika, ticarət sahəsində gərginlik, yüksək neft qiymətləri  və bazarları formalaşan ölkələrə və xüsusilə zəif iqtisadi amillər və daha yüksək siyasi riskləri olan inkişaf edən  ölkələrə   bazarın təzyiqi şəraitində  orta səviyyədə azalır”, - BVF və Dünya Bankının illik iclaslarında təqdim olunan məruzədə belə deyilir.

Sənəddə deyildiyi kimi, məhsuldarlığın zəif artımı, çoxdan meydana gəlmiş iqtisadi islahatlar və əhalinin yaşlanması əvvəlki kimi potensial iqtisadi artımı yubadır.

“İqtisadi siyasətin artan qeyri-müəyyənliyi iqtisadiyyatı ləngidən amilləri gücləndirə bilər, bu zaman  risklər, əlavə olaraq, vəziyyətin pisləşməsi tərəfə yönələ bilər. Xüsusilə ticarət sahəsində gərginliyin artması dünya iqtisadiyyatının inkişafına ciddi təsir göstərə bilər və eyni zamanda davamlı həddindən artıq xarici disbalansın səbəblərini aradan qaldıra bilməyəcək”, - deyə Fondun rəhbəri qeyd edib.

“Pul-kredit siyasətinin aparıcı ölkələrdə normallaşdırılması davam etdiyi bir vəziyyətdə, dünya maliyyə bazarlarında şərtlərin gözlənilməz sərtləşməsi,  kapital axınında irəliləyişləri, xüsusilə də maliyyə zəifliyi amillərinin toplandığı yerlərdə gücləndirə və iqtisadi artımı təhlükəyə məruz qoya bilər”, - məruzədə belə deyilir.

Bir çox ölkədə, siyasətdə manevrlər etmək üçün məhdud məkana malikdir, o cümlədən, borc vəziyyətinin yüksək və artan zəifliyi səbəbindən, deyə Laqard bildirir.

“Davamlı makroiqtisadi siyasət, bərabərsizlik, iqtisadi siyasətin hazırlanması və həyata keçirilməsinə göstərilən zəif etibar, texnoloji yeniliklər, iqlim dəyişikliyi, demoqrafik dəyişikliklər və miqrasiyadan irəli gələn problemlər, ehtimal ki, ortamüddətli perspektivdə də qalacaq”, - deyə K.Laqard bildirib.

 

Other news