Azərbaycan qastronomik turizm üzrə ölkələrin ilk üçlüyünə daxil olub

16:30 - 11.10.2018


11 oktyabr, Fineko/abc.az. “TurStat” agentliyi  MDB ölkələrində istirahətin turizm istiqamətləri üzrə  “National Geographic Traveler Awards 2018” mükafatının səsvermə məlumatlarını təhlil etdi.

Ən yaxşı səyahət istiqamətləri üzrə səsvermə “National Geographic Rusiya” veb saytında keçirilmişdir.

Azərbaycan, qastronomik turizm üzrə populyar olan ilk üç ölkə sırasındadır.

“TurStat”ın verdiyi məlumata görə, “Qastronomik turizm” nominasiyasında səslərin 34%-i Özbəkistana, 21%-i İtaliyaya, 15%-i Azərbaycana, 13%-i Fransaya, 8%-i Ermənistana verilib.

 

Other news