“STAR” NEZ zavodu oktyabrın 19-da istifadəyə veriləcək

16:34 - 12.10.2018


12 oktyabr, Fineko/abc.az. “STAR” neft emalı zavodunun açılışı oktyabrın 19-na planlaşdırılır.

Bu barədə “STAR Rafineri A.Ş.” şirkətinin baş direktoru Məsut İlter  Türkiyənin “Anadolu” agentliyinə bildirdi.

İzmir şəhərinin Əliağa rayonunda yerləşən “STAR” neft emalı zavodunun təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 25 oktyabr 2011-ci il tarixində qoyulmuşdur.

Zavodun emal gücü ildə 10 milyon ton xam neft təşkil edəcək. Burada 1,6 milyon ton nafta, 5 milyon ton dizel, 1,6 milyon ton aviasiya yanacağı, 300 min ton LPG, 160 min ton kükürd və digər məhsullar istehsal ediləcək.

 

Other news