“Azəri Light” markalı neftin qiyməti düşdü

09:52 - 16.10.2018


16 oktyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  0,19 dollar (0,23%) enib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 81,81 dollar təşkil edir.

15 oktyabr tarixində keçirilən ticarətin nəticəsində “NYMEX” birjasında  “WTI” markalı neftin noyabr fyuçersinin qiyməti  0,44 dollar (0,62%) yüksələrək bir barelə 71,78 dollar təşkil etmişdir.

15 oktyabr tarixində keçirilən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin dekabr fyuçersinin qiyməti  0,35 dollar (0,44%) yüksələrək  bir barelə 80,78 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi hazırda 9,00 dollar təşkil edir.

 

Other news