Oleq Belozyorov Cavid Qurbanova medal təqdim etdi

17:52 - 18.10.2018


18 oktyabr, Fineko/abc.az.   Moskvada MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 69-cu iclası keçirilib.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin məlumatında deyilir ki, Tədbirdə QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

“Tədbir çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “Rusiya Dəmir Yolları” ASC-nin yaranmasının 15 illiyi ilə əlaqədar yubiley xatirə medalı ilə təltif olunub. Xatirə medalını "Rusiya Dəmir Yolları” ASC-nin Prezidenti Oleq Belozyorov təqdim edib”, - məlumatda belə deyilir.

İclasın sonunda yekun protokolu imzalanıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür.

 

Other news