Azərbaycan əhalisi aylıq gəlirinin yalnız 7,4%-ni toplaya bilir

13:09 - 19.10.2018


19 oktyabr, Fineko/abc.az. Yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5% artaraq 39 690,3 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, adambaşına düşən gəlirlər orta hesabla 8,5% artaraq 4,046,7 manat təşkil edib.

“Hesabat dövründə əhalinin xərclərinin 83,4%-i ərzaq məhsullarının alınmasına, 8,1%-i vergilərin, sosial sığorta və üzvlük haqlarının ödənilməsinə, 1,1%-i kredit faizlərinin ödənilməsinə yönəldilib, gəlirlərinin 7,4%-ni isə əhali toplamağa yönəldib”, - komitədən bu məlumat verildi.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bütün könüllü və məcburi ödənişlərdən sonra əhalinin sərəncamında daha 36465,7 milyon manat qalmışdır.

 

Other news