Nazir: Azərbaycanda qadınlar kişilərdən daha çox yaşayır

13:11 - 19.10.2018


19 oktyabr, Fineko/abc.az. Bu gün Bakıda gender stereotipləri əsasında seçimlərin qarşısının alınması və müvafiq cavab tədbirlərin görülməsi üzrə Milli Fəaliyyət Planının layihəsinin təqdimatı keçirilir.

Təqdimatda Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, Azərbaycanın əhalisinin 25,4%-ni 14-29 yaş arası gənclər təşkil edir.

“Azərbaycanda hər 1000 nəfər kişiyə 1004 qadın düşür, bu demoqrafik balansın göstəricisidir. Qadınların orta ömür müddəti 78-dən çox, kişilərin isə 73 yaşdan çoxdur”, - deyə nazir bildirib.

 

Other news