Səudiyyə Ərəbistanın Enerji naziri: OPEC + yeni razılaşması dekabrın 7-də imzalana bilər

12:29 - 22.10.2018


22 oktyabr, Fineko/abc.az. OPEC + ölkələri, Vyanada dekabrın 7-də keçiriləcək  görüşdə 2019-cu ildən əməkdaşlıq müqaviləsi imzalamağı planlaşdırırlar. Yeni təşkilat Vyana qərargahı ilə katibliyinə sahib olacaq.

Səudiyyə Ərəbistanının Enerji naziri Xaled əl-Faleh “TASS” agentliyinə verdiyi müsahibəsində deyib ki, yeni aspekt OPEC+ üçün öz katibliyinin yaradılmasıdır, indi bu yoxdur və OPEC + OPEC katibliyi ilə müşayiət olunur.

“OPEC-dən kənar ölkələr üçün OPEC ilə sıx əməkdaşlıq edə biləcək bir Vyana katibliyi yaratmağı təklif edirik”, - əl-Faleh bunu deyib.

Nazir vurğulayıb ki, OPEC-dən kənar ölkələrin sutkalıq məhsuldarlığı gündə təxminən 20 milyon barel təşkil edir. İstehsalın artırılması və ya azaldılmasına imkan verəcək yeni razılaşmanın qüvvədə olma müddətinin sonu olmayacaq, o, açıq qalacaqdır.

“Burada istehsalın hədəf səviyyəsini göstərilməyəcək, lakin bu bizə, müntəzəm şəkildə koordinasiya etməyə, bazarın vəziyyəti, təklif və tələb haqqında məlumatların və fikirlərin paylaşılmasına, habelə hansı vaxtda hansı tədbirlərin görülməsinə imkan verəcəkdir”, - nazir belə deyib.

OPEC + ölkələri 2016-cı ilin dekabr ayında əməkdaşlıq müqaviləsi imzaladılar. Müqavilənin məqsədi, 24 ölkənin ümumi istehsalını gündə 1,8 milyon barel azaltmaq idi. Bu cür tədbirlər, 2014-cü ildə neft bazarının çökməsinə gətirib çıxaran artıq neft təklifinin aradan qaldırmaq üçün görülüb. Sövdələşmə 2017-ci ildən etibarən qüvvədə olub və bir neçə dəfə uzadılıb. Bu ilin iyulundan etibarən alyans ölkələri əks istiqamətə keçərək, hasilatı artırmağa qərar verdilər. çünki Venesuela və Meksikada, eləcə də İranda sanksiyaların olması səbəbindən istehsalın azalması səbəbindən  defisitin yaranmasını  gözləyirlər.

 

Other news