Caspian European Club-un enerji üzrə komitəsinin toplantısı keçirilib

17:46 - 23.10.2018


23 oktyabr, Fineko/abc.az. Bakıda “Hyatt Regency” otelində Caspian European Club-un enerji üzrə komitəsinin qapalı iclası təşkil edilib.

Toplantı  Caspian European Club-un sədrinin birinci müavini, baş icraçı direktoru Telman Əliyev, enerji, neft və qaz üzrə komitənin başçısı, Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıq üzrə İşçi qrupunun rəhbəri Nəriman Məmmədov  və ənənəvi, alternativ və bərpa olunan enerji mənbələri üzrə İşçi qrupunun rəhbəri Rüstəm Qasımovun həmsədrliyi ilə keçib. Enerji və profil şirkətlərin rəhbərləri və nümayəndələri ölkənin enerji sektorunun inkişafı üzrə təklifləri müzakirə ediblər.

Həmin təkliflər Caspian European Club-un hüquq komitəsi tərəfindən öyrəniləcək və bundan sonra Azərbaycan Respublikasının Energetika Nazirliyinə, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə, “Azərenerji” ASC və “Azərişıq” ASC-yə göndəriləcək. Bu qurumların rəhbərləri ilə Caspian European Club-un üzv şirkətlərinin rəhbər və nümayəndələri arasında ayrıca görüşlər təşkil olunacaq, aktual məsələlər və təkliflər müzakirə ediləcək.

Dövlət qurumları ilə işçi qrup çərçivəsində müzakirələr nəticəsində Azərbaycan Respublikasının Prezidenti Zati-alilərinə təqdim etmək üçün xüsusi hesabat və təkliflər paketi hazırlanacaq.

Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un iştirakı ilə təsis olunub. Yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

Caspian European Club-un əsasını Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev qoyub.

 

Other news