Sinoptiklər xəbərdarlıq edirlər: Azərbaycanda havanın temperaturu 10 dərəcə enəcək

17:50 - 23.10.2018


23 oktyabr, Fineko/abc.az. Oktyabrın 26-dan 27-si axşamadək Azərbaycanın ərazisində hava şəraiti kəskin dəyişəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcə aşağı enəcək.

“Yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın  leysan xarakterli olacağı, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi güclənəcək”, - məlumatda belə deyilir.

 

Other news