Bakı Nəqliyyat Agentliyi qeyri-qanuni park etmə və sərnişinlərin enmə / minmə qaydalarının pozulmasına görə cərimə tətbiq etməyə başlayıb

18:08 - 23.10.2018


23 oktyabr, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) park qaydalarının pozulmasına qarşı sərt tədbirlər tətbiq edir.

BNA-nın məlumatına görə, ilk reydlər Nəriman Nərimanov və Gənclik metro stansiyalarının ətrafında aparılmışdır.

“Reyd zamanı qanunsuz park edənlər barəsində İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq cərimə sanksiyaları tətbiq edilib”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, cərimə sanksiyaları sərnişinlərin enmə  və minmə qaydalarını pozan avtobus sürücüləri barəsində də tətbiq edilib.

 

Other news