Azərbaycan neftinin qiyməti yenə də endi

09:56 - 25.10.2018


25 oktyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  0,40 dollar (0,51%) enib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 78,06 dollar təşkil edir.

Keçən  ticarətin nəticəsində “NYMEX” birjasında  “WTI” markalı neftin dekabr fyuçersinin qiyməti  0,39 dollar (0,59%) qalxaraq bir barelə 66,82 dollar təşkil etmişdir.

Keçən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin dekabr fyuçersinin qiyməti  0,27 dollar (0,35%)  düşərək bir barelə 76,17 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi hazırda 9,35 dollar təşkil edir.

 

Other news