“Muğanbank”-ın plastik kartlarına MilliÖn-dən mədaxil imkanı

16:28 - 26.10.2018


26 октября, Fineko/abc.az. “Muğanbank” ASC xidmətin daha sürətli və tez həyata keçməsi məqsədilə  müştərilərinə yeni xidmət təqdim edir. Bütün növ plastik kart sahibləri banka yaxınlaşmadan MilliÖn ödəniş terminalları vasitəsiləkart hesablarına mədaxil əməliyyatınıhəyata keçirə biləcəklər.

 Mədaxil olunan məbləğ 5 dəqiqə ərzində plastik kartın balansında görsənəcəkdir.Plastik karta mədaxil ancaq plastik kartının valyutasına uyğun əksinazla(AZN, ABŞ dolları və ya EUR)mümkündür. MilliÖnödəniş terminalı ilə əməliyyatları fasiləsiz 24/7 rejimdə işləyən, müxtəlif yerlərdə, o cümlədən bir çox ticarət və xidmət obyektlərində qoyulmuş terminallarda yerinə yetirmək mümkün olacaqdır.

Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına, həmçinin https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hlfacebook səhifəsinə keçid ala bilərsiniz.

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan  “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi, müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

 

Other news