Bakıda Lapis-Lazuli Route qitələrarası dəhlizinin inkişafı müzakirə olunacaq

11:24 - 29.10.2018


29 oktyabr, Fineko/abc.az. Lapis-Lazuli Route qitələrarası dəhlizinin (Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə) inkişafı Bakıda müzakirə olunacaq.

Türkmənistanın “TDH” Dövlət İnformasiya Agentliyinin məlumatına görə, Türkmənistan Hökumətinin iclasında, nəqliyyat-tranzit əməkdaşlığının qurulması və Lapis - Lazuli Route (Lazurit) qitələrarası dəhlizinin yaradılması üzrə görülən tədbirlərə dair məlumat verilmişdir.

“İclas zamanı prezident Qurbanqulu Berdımuxamedov, Azərbaycana işgüzar səfərə göndərilən baş nazir müavini Məmmədxan Çakıyevə, birgə görüşlər zamanı sözügedən layihənin həyata keçirilməsində konkret istiqamətləri müzakirə etmək tapşırığı verib”, - məlumatda belə deyilir.

Lapis–Lazuli marşrutu üzrə saziş 15 noyabr 2017-ci il tarixində Əfqanıstana dair VII Regional İqtisadi Əməkdaşlıq Konfransı (RECCA - Regional Economic Cooperation Conference on Afghanistan) çərçivəsində Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan vəTürkiyə arasında imzalanıb. 

 

Other news