Azərbaycan startapçıları üçün yeni investisiya mənbəyi

11:38 - 29.10.2018


29 oktyabr, Fineko/abc.az. Azərbaycanda ilk dəfə olaraq keçirilən beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı  Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində fəaliyyət göstərən “AstroLabs” akseleratoru ilə birgə əməkdaşlığa dair memorandum imzalayıb.

Memorundum çərçivəsində birgə tədbirlərin keçirilməsi və Azərbaycanda fəaliyyət göstərən startapların Dubayda investorlarlar ilə görüşlərin təşkil edilməsi yönümdə işlər görüləcək, yeni bazarlara çıxmaq imkanları yarada biləcəklər.

Eyni zamanda memorundum çərçivəsində Yüksək Texnologiyalar Parkı beynəlxalq əlaqələrini genişləndirib, yeni beynəlxalq akselerator proqramları ilə əməkdaşlıq etməyə təkan yaradacaqdır.

Other news