“Azərkosmos” üç rübdə 16,7 milyon dollar qazandı

10:48 - 31.10.2018


31 oktyabr, Fineko/abc.az.  “Azərkosmos” ASC dünyanın 22 ölkəsinə telekommunikasiya xidmətləri ixrac edir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ixrac üzrə hesabatına əsasən, yanvar-sentyabr aylarında ASC xidmətlərin ixracından 16,7 milyon dollar həcmində mənfəət əldə etmişdir.
“Yalnız sentyabr ayında əsasən Fransa, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Gürcüstan və digər ölkələr tərəfindən istifadə edilən ixrac xidmətlərinin dəyəri 1,4 milyon dollar təşkil edib”, - hesabatda belə deyilir.

Other news