Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşımaları 2019-cu ilin sonundan təşkil ediləcək

10:15 - 31.10.2018


31 oktyabr, Fineko/abc.az.  Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi günündən bir il ötdü.
“Azərbaycan Dəmir Yolları” (ADY)  QSC-nin məlumatına görə, bu il ərzində yeni marşrut ilə təxminən 3000 konteyner və vaqon nəql edilib.
“Bu dəmir yolu ilə əsasən Çin, Mərkəzi Asiya ölkələri, Rusiya və Azərbaycandan Türkiyəyə və əks istiqamətdə tikinti materialları, elektrik avadanlıqları, yuyucu vasitələr, taxıl, jmıx və digər yüklər nəql olunur”, - məlumatda belə deyilir.
Həmçinin xəbər verilir ki, 2019-cu ilin üçüncü rübündə Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşımalarının təşkili planlaşdırılır.
“Bu məqsədlə 2019-cu ilin ilk rübündə İsveçrənin “Stadler” şirkəti tərəfindən istehsal olunan yeni vaqonların idxalı gündəmdədir. İlk partiya ilə 10 vaqon gətiriləcək. İkinci mərhələdə daha 10 vaqonun çatdırılması gözlənilir. Vaqonlar ən son texnologiyalardan istifadə olunmaqla istehsal edilib”, - deyə QSC-dən  bildirildi.

Other news