Azərbaycan neftinin qiyməti endi

10:23 - 1.11.2018


1 noyabr, Fineko/abc.az. “Azəri Light” markalı Azərbaycan neftinin qiyməti 0,14 dollar (0,18%) düşüb.

Hazırda “Azəri Light” markalı xam neftin bir barelinin qiyməti 77,23 dollar təşkil edir.

Keçən  ticarətin nəticəsində “NYMEX” birjasında  “WTI” markalı neftin dekabr fyuçersinin qiyməti  0,87 dollar (1,31%) enərək bir barelə 65,31 dollar təşkil etmişdir.

Keçən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin dekabr fyuçersinin qiyməti  0,44 dollar (0,58%) enərək bir barelə 75,47 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi bu gün 10,16 dollara bərabərdir.

 

Other news