Muğanbank nizamnamə kapitalını artırır

11:39 - 7.11.2018


7 noyabr, Fineko/abc.az.  6 noyabr 2018-ci il tarixində,“Muğanbank” ASC-nin Səhmdarların Ümumi Yığıncağı keçirilmişdir. İclas zamanı yeni səhmlərin emissiya edilməsi yolu ilə bankın Nizamnamə Kapitalının 10 mln AZN artırılması qərara alınmışdır.
Yerləşdirmədən sonra “Muğanbank” ASC-nin nizamnamə kapitalı 85 mln AZN-dən 95 mln AZN-dək çatdırılacaq.

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan  “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

 

Other news