Paytaxtda işləyən 160 nömrəli marşrut üzrə sərnişindaşıma xidmətləri yeni daşıyıcı tərəfindən göstəriləcək

12:34 - 8.11.2018


8 noyabr, Fineko/abc.az. 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən sahibkar dəyişildi.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata əsasən, Agentlik, sözügedən marşrut üzrə sərnişinlərə  xidmət göstərən “Ayşən LTD” şirkəti ilə bağladığı müqaviləyə xitam verib.

“Bundan sonra 160 nömrəli marşrut üzrə sərnişindaşıma xidmətlərini “Çinar-Trans” şirkəti göstərəcək”, - məlumatda belə deyilir.

"Çinar-Trans" şirkəti dünən 50 milyon dollar dəyərində 50 yeni müasir avtobus əldə etdiyini bildirib.

 

Other news