“Azərbaycan Dəmir Yolları” daha bir şirkət təsis etdi

16:22 - 8.11.2018


8 noyabr, Fineko/abc.az. "Azərbaycan Dəmir Yolları" QSC daha bir şirkət təsis etdi.

Vergilər Nazirliyinən bildirilir ki, QSC, nizamnamə kapitalı 200 manat səviyyəsində qeydiyyatdan keçmiş “ADY Servis” MMC-ni təsis edib. Şirkətin təsisçisi Ələddin Şıxəliyevdir.

"Azərbaycan Dəmir Yolları" QSC-nə həmçinin “ADY Express”, “ADY Coneyner” və “ADY Əmlak” şirkətləri tabedir.

 

Other news