BP və tərəfdaşları 2018-ci ildə Azərbaycanda sosial layihələrə 3,3 milyon dollar sərmayə yatırıblar

12:27 - 12.11.2018


12 noyabr, Fineko/abc.az. 2018-ci ilin yanvar-sentyabr aylarında BP və onun tərəfdaşları Azərbaycanda sosial layihələrin həyata keçirilməsinə 3,3 milyon dollar sərmayə qoymuşlar.

BP Azərbaycan-nın vitse-prezidenti Bəxtiyar Aslanbəylinin sözlərinə görə, son üç il ərzində sosial layihələrin əsas payını təhsil sahəsindəki layihələr təşkil etmişdir.

Bu gün BP və onun tərəfdaşlarının iştirak etdiyi, orta məktəblərin yuxarı siniflərində informatika fənninin tədrisini yaxşılaşdırmağa yönəlmiş daha bir sosial layihənin təqdimatı keçirilmişdir. Layihənin dəyəri 800 min manat təşkil edir.

 

Other news