Bu ilin 9 ayında Azərbaycan ilə Slovakiya arasında ticarət dövriyyəsi 33 faiz artıb

16:27 - 13.11.2018


13 noyabr, Fineko/abc.az. Bu ilin 9 ayında Azərbaycan ilə Slovakiya arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artıb. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev noyabrın 13-də Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunda deyib.

Nazir qeyd edib ki, Azərbaycanda 11 Slovakiya kapitallı şirkət qeydiyyatdan keçib. Ümumiyyətlə bu il Azərbaycana 9 milyard ABŞ dolları həcmində investisiya yatırılıb ki, bunun da 5,6 milyard dolları qeyri-neft sektoruna yönəldilib.

Other news