Mikayıl Cabbarov: Azərbaycanda onlayn kassa aparatları və nağd hesablaşma üzrə limitlər tətbiq olunacaq

14:46 - 16.11.2018


16 noyabr, Fineko/abc.az. Azərbaycan Vergilər Nazirliyi nağdsız ödənişlərin istifadəsində vergi güzəştlərinin tətbiq edilməsi üzrə təkliflər hazırlayıb.

Azərbaycanın Vergilər naziri Mikayıl Cabbarovun sözlərinə görə, güzəştlərin, pərakəndə ticarətin nağdsız ödənişlər hissəsində tətbiq edilməsi planlaşdırılır.

“Bu, vergi inzibatçılığının gücləndirilməsini tələb edən stimullaşdırıcı metoddur və nağd hesablaşmanın istifadəsinə məhdudiyyət qoyulmasını nəzərdə tutur. 2019-cu ildən etibarən, mümkün pozuntuların qarşısını almaq imkanı verəcək onlayn kassa aparatlarının tətbiq edilməsi planlaşdırılır, bunun nəticəsində həmçinin, "kölgə iqtisadiyyatının" ticarət dövriyyəsinin gizlədilməsi mümkün olmayacaq”, - deyə Mikayıl Cabbarov bildirib.

 

Other news