Bakıda Nəqliyyat Mübadilə Mərkəzinin yeri dəyişdirildi

11:53 - 21.11.2018


21 noyabr, Fineko/abc.az. Metronun “Koroğlu” stansiyasının yanındakı Nəqliyyatı Mübadilə Mərkəzinin yeri müvəqqəti olaraq dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyinin (BNA) məlumatına əsasən, Mübadilə Mərkəzinin yeri noyabrın 23-dən dəyişdiriləcək.

“Müvəqqəti olaraq, Mübadilə Mərkəzi Koroğlu” metro stansiyasının əsas girişi/çıxışında olacaq (Milli Gimnastika Arenasının dayanacağı)”, - məlumatda belə deyilir.

32 müntəzəm marşrut xətti üzrə 500-ə yaxın avtobus fəaliyyət göstərən Mübadilə Mərkəzinin yeri, təhlükəsizliyin təmin edilməsi və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə həyata keçiriləcək tikinti və təmir işləri ilə əlaqədar olaraq dəyişdirilib.

 

Other news