“Azərbaycan Dəmir Yolları” yoldəyişənləri modernləşdirir

13:19 - 27.11.2018


27 noyabr, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Böyük Kəsik istiqamətində 600 km yolun əsaslı təmirini davam etdirir.

ADY-nin məlumatında deyilir ki, 2016-cı ilin sentyabr ayından paralel olaraq, yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir və ilk yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılmışdır. Ümumilikdə isə bu günə kimi 253 yoldəyişən yenisi ilə əvəz olunub.

“Hazırda Kürdəmir stansiyasının tək və cüt boğazında 15 ədəd yeni yoldəyişən qurğu quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir”, - məlumatda belə deyilir.

 

Other news