17:13 - 30.11.2018
30 noyabr, Fineko/abc.az. Ekologiya Nazirliyi hesab edir ki, ticarət şəbəkələrində geniş yayılmış polietilen torbalar ətraf mühitə zərərlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Umayra Tağıyeva, plastik torbaların ən təhlükəli el arasında "pinqvin" adlandırılan paketlərin olduğunu bildirib.
“Plastik tullantıların ətraf mühitə mənfi təsirini azaltmaq üçün, nazirlik tərəfindən aktiv təbliğat işləri aparılır. Bu məsələnin həll edilməsi üçün tədbirlər hazırlamaq və qəbul etmək üçün də işlər görülür”, - deyə U.Tağıyeva bildirib.
Onun sözlərinə görə, plastik məmulatların istifadəsini məhdudlaşdırmağa hazır olma haqqında sorğu aparılıb və respondentlərin 80-90,6%-i sorğuda müsbət cavab verib.
“Pinqvin” adlanan polietilen torbalar ən təhlükəlidir və əsasən qadınlar tərəfindən məişətdə istifadə olunur. Onlar bilməlidir ki, həmin polietilen torbalar gündəlik həyatda istifadə olmasına baxmayaraq, həm sağlamlıq, həm də ətraf mühit üçün böyük təhlükə yarada bilər. Alternativ şüşə və ya mina örtüklü qablardan da istifadə etmək olar. Marketlərə gəlincə isə, burada kağız və ya parça paketlərə üstünlük verilməlidir”, - deyə U.Tağıyeva bildirib.
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
17 April 2024
17 April 2024
16 April 2024
16 April 2024
16 April 2024
16 April 2024
16 April 2024
16 April 2024
17 April 2024