Neftin qiyməti qalxıb

10:27 - 4.12.2018


4 dekabr, Fineko/abc.az. “Azəri Light” markalı xam neftin 1 barelinin qiyməti 2,10 dollar və  yaxud 3,44% artıb.

Hazırda “Azəri Light” markalı neftin bir barelinin qiyməti 63,23 dollar təşkil edir.

3 dekabr tarixində “NYMEX” birjasında keçirilən ticarətin nəticəsində  “WTI” markalı neftin yanvar ayının fyuçers qiyməti  bir barelə 2,02 dollar (3,97%) qalxaraq bir barelə 52,95 dollar təşkil etmişdir.  

Bazar ertəsi günü keçirilən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin fevral ayının fyuçers qiyməti  2,23 dollar (3,75%) qalxaraq bir barelə 61,69 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi azalmağa davam edir və bu gün 8,74 dollara bərabərdir.

 

Other news