BƏƏ-nin Energetika Nazirliyi: OPEC + çərçivəsində əməkdaşlıq davam edəcək

16:08 - 5.12.2018


5 dekabr, Fineko/abc.az. Birləşmiş Ərəb Əmirlikləri OPEC + çərçivəsində əməkdaşlığı davam etdirəcək.

Bu, Birləşmiş Ərəb Əmirliklərinin Energetika naziri Suheyl əl-Mazrui qarşıdan gələn OPEC yığıncağına münasibət bildirərək qeyd edib.

“Düşünürəm ki, bizim birgə işə davam edəcəyimizdən, əməkdaşlıq bəyannaməsinin davam edəcəyindən hamı əmindir. Biz nazirlə və ya Rusiyadan hər hansı bir nümayəndə ilə görüşməmişik. Lakin mən, nikbinəm. Qərar vermək üçün dəfələrlə görüşmüşük. Bu,asan deyil, ancaq  biz, həmişə həmkarlarımızla birlikdə çalışacağıq”, - deyə Əl-Mazrui yekunlaşdırıb.

Bu gün Vyanada OPEC + Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçiriləcək. Komitə,  sövdələşmə iştirakçıları üçün,  bazarda balansınyaradılması üçün neft hasilatını azaltmağın zəruri olub-olmadığı haqqında tövsiyə etməyi planlaşdırır. Dekabrın 6-da  tövsiyə OPEC konfransında və sonra  dekabrın 7-də bütün OPEC + ölkələrində müzakirə olunacaq.

 

 

Other news