Neftin qiyməti düşüb

10:23 - 7.12.2018


7 dekabr, Fineko/abc.az. “Azəri Light” markalı xam neftin 1 barelinin qiyməti 3,81 dollar və  yaxud 5,95% azalıb.

Hazırda “Azəri Light” markalı neftin bir barelinin qiyməti 60,24 dollar təşkil edir.

 “NYMEX” birjasında keçirilən ötən ticarətin nəticəsində  “WTI” markalı neftin yanvar ayının fyuçers qiyməti  1,4 dollar (2,65%) düşərək bir barelə 51,49 dollar təşkil etmişdir.  

Cümə axşamı günü keçirilən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin fevral ayının fyuçers qiyməti  1,5 dollar (2,44%) enərək bir barelə 60,06 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi  bu gün 8,57 dollara bərabərdir.

 

Other news