Azərbaycanda kənd təsərrüfatı tullantıları alternativ enerji mənbəyi kimi istifadə olunacaq

17:27 - 7.12.2018


7 dekabr, Fineko/abc.az. Azərbaycanda alternativ enerji mənbəyinin yeni növü istifadə olunacaq.

Azərbaycan Respublikası Energetika Nazirliyinin Aparatının rəhbəri Zaur Məmmədov bildirib ki, kənd təsərrüfatı tullantılarından enerji istehsal etmək planlaşdırılır.

“1 ton pambıq istehsalı zamanı təxminən 3 ton tullantı əmələ gəlir. Biz bu tullantıları istilik enerjisi mənbəyi kimi istifadə etməyi planlaşdırırıq”, - deyə Z.Məmmədov qeyd edib.

 

Other news