AMB depozit hərracında 350 milyon manat cəlb etdi

11:58 - 10.12.2018


10 dekabr, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.

AMB-dan verilən məlumata əsasən, 10 dekabr tarixində hərracda Bank 350 milyon manat cəlb edib.

“Depozit hərracında təklif  733,2 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 7,76% təşkil etmişdir”, - AMB-dan təqdim edilən məlumatda belə deyilir.

 

Other news