Azərbaycanda aksizli malların qeyri-qanuni saxlanılması və satışına görə üç nəfər saxlanılıb

16:12 - 10.12.2018


10 dekabr, Fineko/abc.az. Azərbaycan Vergilər Nazirliyi alkoqollu içkilərin və tütün məmulatının qeyri-qanuni istehsalı və satışı, habelə vergidən yayınma faktlarını aşkar edib.

Nazirliyin məlumatında deyilir ki, növbəti bu kimi fakt, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 190 ünvanında yerləşən ərzaq mağazasında aşkarlanıb.

“Mağazada tütün məmulatlarını və alkoqollu içkiləri satış üçün saxlamaq məqsədi ilə gizli saxlanc yerləri aşkar edilmişdir. Fakt üzrə Cinayət Məcəlləsinin 213-1.3-cü maddəsi ilə (Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, belə məhsulların (malların) nağd qaydada alğı-satqısı) cinayət işi başlanılıb və 3 şəxs saxlanılıb”, - məlumatda belə deyilir.

 

Other news