Azərbaycan Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 3,25 milyard manat köçürüb

16:53 - 10.12.2018


10 dekabr, Fineko/abc.az. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 3 253 078,4 min manat məbləğində vergi və rüsumlar köçürüb.

DGK -nin məlumatına görə, noyabr ayında Azərbaycanın dövlət büdcəsinə 274,581,6 min manat köçürülmüşdür.

“Noyabr ayında  gömrük rüsumları üzrə köçürmələr 72708,4 min manat, ƏDV - 180 371,0 min manat, aksiz vergiləri üzrə - 17040,5 min manat, yol vergisi üzrə - 4461,7 min manat təşkil etmişdir”, - DGK -nin məlumatına belə deyilir.

2018-ci ilin oktyabr ayında dövlət büdcəsinə 378 122,3 min manat, sentyabrda 329 410,6 min manat, avqustda 329 805,5 min AZN, iyulda 322161,5 min manat, iyunda  293360,2 min manat, mayda  298054,8 min manat, apreldə 300591,9 min manat, martda 281238,1 min manat, fevralda  219663,6 min manat və yanvarda 226088,3 min manat köçürülmüşdür.

 

Other news