Son 10 il ərzində Azərbaycan ilk dəfə Rusiyaya yun ixrac etdi

13:40 - 11.12.2018


11 dekabr, Fineko/abc.az. Azərbaycan yenidən Rusiyaya yun ixrac etməyə başladı.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir ki, Azexport.az portalı vasitəsi ilə Rusiyaya 60 ton yun ixrac edilib.

“Bu, son 10 ildə Azərbaycandan Rusiyaya ixrac olunan ilk yun tədarüküdür. İxracı Zaqatala sakini sahibkar Əlihüseyn Şirinli həyata keçirib”, - məlumatda belə deyilir.

 

Other news